Rusiyada son sutkada 586 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son bir gündə daha 21 734 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 612 800 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 586 nəfər artaraq 66 623-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 002 026 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...