İsveçrədə xizək kurortunda qar uçqunu nəticəsində 10 nəfər qarın altında qalıb

İsveçrənin Valais kantonunda yerləşən Verbye xizək kurortunda qar uçqunu nəticəsində 10 nəfər qarın altına qaldı.

SİA xəbər verir ki, bu barədə kantonun polisinin saytında bildirilib.

Məlumata əsasən, uçqun xizək yolunun kənarında baş verib. Nəticədə bir nəfər öldü, biri isə xəsarətlər alıb.

Qarda qalmış insanları axtarmaq üçün helikopterlər və itləri ilə birlikdə xilasedicilər göndərilib. Prokurorluq hadisə ilə əlaqədar araşdırmaya başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...