Ağ Evə hücum qorxusu... - FOTOLAR

Amerika Birləşmiş Ştatlarında nə baş verir? İndi dünyanın əksər yerində insanlar bu suala cavab axtarır. Sabah ABŞ Konqresinin binası önündə hakimiyyətin 20 yanvar təhvil-təslimi gözlənilir. Ona görə "gözlənilir" yazırıq ki, hakimiyyətin Trampdan Baydenə keçidi baş tutmaya da bilər. Çünki...

Cəmi 48 saat sonra bütün dünyanın diqqəti Kapitoliyə yönələcək. Minlərlə əsgərin, silahlanmış tərəfdarların, xəfiyyə qurumlarının cəlb olunduğu andiçmə mərasimi barıt çəlləyini xatırladır, desək yanılmarıq. Çünki istənilən an bu çəllək alovlana, hətta partlaya bilər.

20 Yanvarda andiçmə mərasimini ABŞ-ın 50 ştatının əhalisi də nəfəslərini tutaraq izləyəcək. Siyasətçilərdən birinin dediyi kimi, indi paytaxt Vaşinqton İraqın paytaxtı Bağdadı xatırladır. Başqa sözlə desək, Vaşinqton bu gün Milli Qvardiya əsgərlərinin hərbi hissəsini, Kapitoli isə kazarmasını xatırladır. Hər yer - küçələr, binalar, dəhlizlər maneələrlə əhatə olunub, Miçiqan, Vircinya, Viskonsin, Pensilvanya və Vaşinqton kimi ştatlar artıq ordu birləşmələrinin tam işğalı altındadır. Texas ştatının konqresi 20 yanvarda keçiriləcək andiçmə mərasiminə qədər öz işini dayandırıb.

Amerika Federal Təhqiqat Bürosu (FTB) isə 20 ştatın paytaxtında silahlı etirazların baş verməsi ehtimalı barədə xəbərdarlıq edib. Trampın bəzi (fanatikləri) tərəfdarları yarım-hərbi geyimdə, əllərində ağır silahlar hökumət binalarının qarşısında keşik çəkirlər. Digərləri isə əllərində "Seçki oğurlandı" pankartları küçələrdə dolaşırlar. Miçiqan ştatının paytaxtı Lansinqdə silahlı Tramp tərəfdarlarının meydana çıxması əsgərlər hərəkətə gətirib, hadisə yerinə minlərlə hərbçi cəlb edilib, yerli konqres iclasını təxirə salıb.

Associated Press (AP) xəbər agentliyi bu səhər xüsusi bir xəbər yayıb: Co Baydenin andiçmə mərasimində "daxili hücum" ehtimalı var. ABŞ Ordusunun mətbuat katibi Ryan McCarthy bildirib ki, təhlükə xəbəri alındıqdan sonra Federal Təhqiqatlar Bürosunun (Washington) 25 min əməkdaşı "təhlükəsizlik yoxlanışı"ndan keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə