Dünyada yeni növ koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 95 milyon nəfəri ötüb.

SİA-nın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 95 003 533 nəfərə çatıb. Onlardan 2 029 938 nəfəri ölüb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (23 928 643), Hindistanda (10 557 985) və Braziliyada (8 488 099) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə