Böyük Britaniyada ötən sutka ərzində COVID-19-a 38,6 min yoluxma halı qeydə alınıb
Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 38 598 yoluxma halı qeydə alınıb.
SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 395 959 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka koronavirusdan daha 671 nəfər ölüb, ölənlərin sayı 89 261 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə