Böyük Britaniyada ötən sutka ərzində COVID-19-a 38,6 min yoluxma halı qeydə alınıb

18 Yanvar 2021 05:02 (UTC+04:00)
Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 38 598 yoluxma halı qeydə alınıb. SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 395 959 nəfərə çatıb. Bildirilir ki, ötən sutka koronavirusdan daha 671 nəfər ölüb, ölənlərin sayı 89 261 nəfər təşkil edir.