Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 683 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 683 mindən çox artıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 683 378 nəfər yeni koronavirusa yoluxub, 12 893 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 93 194 922, ölənlərin isə 2 014 729 nəfərə çatıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...