Fransada ötən gün komendant saatını pozan 5,9 min nəfər cərimələnib

Fransada ötən gün komendant saatını pozan 5,9 min nəfər cərimələnib

Fransada ötən gün genişləndirilmiş komendant saatını pozan 5,9 min nəfər cərimələnib.

SİA-nın "BFM" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Bildirilir ki, komendant saatının pozulmasına görə 135 avro cərimə ödənilməlidir.

Qeyd edək ki, Fransada yanvarın 16-dan genişləndirilmiş komendant saatı tətbiq edilir. Komendant saat yerli vaxtla saat 18:00-da başlayır və 06:00-da bitir.

Bütün xəbərlər Facebook səhifəmizdə