4,1 bal gücündə zəlzələ olub TÜRKİYƏDƏ

Türkiyənin Elazığ şəhərində yanvarın 17-də Ankara vaxtı ilə saat 12:24-də Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin ocağı 17,14 kilometr dərinlikdə yerləşib. Ətraf bölgələrdə də hiss olunan yeraltı təkanlar yerli əhalidə böyük təşviş yaradıb. Zəlzələnin təsiri barədə hələlik məlumat yoxdur. Qeyd edək ki, Elazığ hazırda Anadolunun ən həssas tektonik bölgələrindən biri hesab olunur.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə