2992 nəfər COVID-19-dan ölüb ERMƏNİSTANDA

Ermənistanda son sutka ərzində daha 351 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 164 586 nəfərə yüksəlib. Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2992-yə çatıb. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 729 nəfərdir.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...