Koronavirusa yoluxanların sayı 95 milyona çatır DÜNYADA

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 94 milyon 962 min 48 nəfərə çatıb. SİA Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının ümumi sayı 2 milyon 31 min 142 nəfərdir. İndiyədək 67 milyon 778 min 586 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 111 min 690 pasiyentin vəziyyəti ağır qiymətləndirilir. COVID-19 virusuna ən çox yoluxma və ölüm halları ABŞ, Hindistan, Braziliya, Rusiya və Böyük Britaniyada aşkarlanıb. Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə