ABŞ Milli Qvardiyasının 9500-dən çox hərbçisi paytaxt Vaşinqtona gətirilib. SİA TASS-a istinadən xəbər verir ki, hərbçilər ölkənin yeni seçilmiş prezidenti Cozef Baydenin yanvarın 20-də keçiriləcək andiçmə günü təhlükəsizliyi təmin edəcəklər.
Məlumata görə, ümumilikdə paytaxta 25 min hərbçinin cəlb olunacağı gözlənilir. 4 mindən çox hərbçi şəhərdəki dövlət binalarını və digər infrastrukturu mühafizə edəcək.
Kapitoliya binası əhatəyə alınıb. Artıq bir neçə gündür ki, vətəndaşların əraziyə giriş-çıxışına icazə verilmir.
            
                            
                    Müəllif: Ceyhun Rasimoğlu                
            
            
            
            
            
            Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)
.jpg)

        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB