Vaşinqtona 10 minə yaxın hərbçi gətirildi

17 Yanvar 2021 10:02 (UTC+04:00)
ABŞ Milli Qvardiyasının 9500-dən çox hərbçisi paytaxt Vaşinqtona gətirilib. SİA TASS-a istinadən xəbər verir ki, hərbçilər ölkənin yeni seçilmiş prezidenti Cozef Baydenin yanvarın 20-də keçiriləcək andiçmə günü təhlükəsizliyi təmin edəcəklər. Məlumata görə, ümumilikdə paytaxta 25 min hərbçinin cəlb olunacağı gözlənilir. 4 mindən çox hərbçi şəhərdəki dövlət binalarını və digər infrastrukturu mühafizə edəcək. Kapitoliya binası əhatəyə alınıb. Artıq bir neçə gündür ki, vətəndaşların əraziyə giriş-çıxışına icazə verilmir.