ABŞ Milli Qvardiyasının təqribən 9,5 min hərbçisi Vaşinqtona gətirilib

ABŞ Milli Qvardiyasının təqribən 9,5 min hərbçisi Vaşinqtona gətirilib. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Qvardiyanın saytında yerləşdirilən məlumatda deyilir. Bildirilib ki, bu qədər hərbi qulluqçunun Vaşinqtonda cəmləşməsi yeni seçilmiş prezident Cozef Baydenin andiçmə günü – yanvarın 20-də paytaxtın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Yanvarın 20-dək, paytaxta təxminən 25 min şəxsi heyət gətiriləcək. 4 mindən çox hərbçi şəhərdəki mühüm dövlət binalarını və digər əsas infrastrukturu mühafizə edəcək. Qeyd edək ki, artıq Kapitoliya binası mühasirəyə alınıb, bir neçə gündür ki, ictimaiyyətin əraziyə giriş-çıxışına icazə verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə