Hər şeydə Rusiya günahkardır - Minasyandan ŞOK İDDİA

“Nikol Paşinyanın planına görə, hər şeydə Rusiya günahkardır”. SİA xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Paşinyan Moskva görüşündən 1 həftə əvvəl qələmə aldığı məqalədə, əslində, Ermənistanın strateji müttəfiqini ölkənin milli maraqlarına məhəl qoymamaqda günahlandırır: “Rusiyanın Qarabağla bağlı təkliflərinin ermənilər üçün vacib olan status məsələsini ehtiva etmədiyini iddia edir. Bütün bunların yalan olduğuna, bu cür böhtanın beynəlxalq münasibətlərdə ciddi şəkildə cəzalandırıldığına və yalanlarından bir daha təkcə ölkəmizin deyil, həyati maraqlarımızın da zərər görəcəyinə əhəmiyyət vermir. Danışıqların uğursuzluğunda günahkar olan Rusiya “feysbuk analitikləri” və Soros fəalları üçün çox əlverişli hədəfdir”.

Minasyan bildirib ki, rəsmi şəkildə təkzib olunan Nikolun yalanı bir daha Ermənistanın beynəlxalq imicinə zərbə vurub. O, qarşısına iki hədəf qoyur: əvvəlcə Rusiyanı əsas günahkar halına gətirərək “anti-Nikolizm”i rusofobiya ilə əvəz etməyə çalışır. İkincisi, ermənilər və Ermənistan üçün son fəlakəti ehtiva edən geosiyasi manevrlərə zəmin hazırlayır.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən məqaləsində Rusiyanın 2015-ci ildə Qarabağla bağlı “5 + 2” düsturuna əsasən 7 bölgənin Azərbaycana qaytarılması, qaçqınların geri qayıtması və rus sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutan təkliflər paketinin olduğunu, burada Dağlıq Qarabağın statusuna dair maddənin yer almadığını yazmışdı.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə