Qonşu ölkədə COVID-19-a yoluxanların sayı 245 mini ötüb

Gürcüstanda ötən sutkada koronavirusa 1 177 yeni yoluxma faktı təsdiqlənib, 837 nəfər sağalıb, 26 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Hazırkı dövrədək qonşu ölkədə 245 789 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Həmin şəxslərin 229 196-sı sağalıb, 2 893-ü isə dünyasını dəyişib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə