Lüksemburqda pandemiya başlayandan bəri 542 ölüm faktı qeydə alınıb

Lüksemburqda koronavirusa yoluxanların sayı artmaqda davam edir. SİA xəbər verir ki, bu haqda Lüksemburqun səhiyyə naziri Polet Löner bildirib. Virusun ölkədə geniş yayıldığını söyləyən səhiyyə naziri qeyd edib ki, son sutkada 190 yeni yoluxma və 4 ölüm faktı qeydə alınıb. Son 24 saatda 429 olmaqla, ümumilikdə 15 min 775 nəfər peyvənd edilib. Ölkədə pandemiya başlayandan 48 min 372 yoluxma və 542 ölüm faktı qeydə alınıb. Xəstəxanalarda 154, reanimasiya şöbələrində isə 23 ağır xəstə intensiv müalicə alır. Ölkədə ümumilikdə 44 min 935 koronavirus xəstəsi sağalıb. Səhiyyə naziri ölkədə Britaniya ştammının yayıldığını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə