Aİ xaricində olan ölkələrdən Fransaya gələnlər bir həftəlik karantində qalacaqlar
Avropa İttifaqı (Aİ) xaricində olan ölkələrdən Fransaya gələn bütün şəxslərdən 18 yanvar tarixindən etibarən bir həftəlik karantində qalmalı olacaqlar.
SİA-nın məlumatına görə, bu barədə Fransanın Baş naziri Jan Kasteks deyib.
Baş nazir bildirib: "Bazar ertəsindən etibarən Aİ-yə xaricində olan ölkələrdən Fransaya səyahət edənlər yola düşməzdən əvvəl koronavirus testindən keçməlidirlər. Onlar Fransada ikinci testi də verməli və bir həftəlik karantində qalmalı olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB