Yanvarın 13-də Çində koronavirusdan ölüm qeydə alınıb. SİA-nın xəbərinə görə, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin saytında deyilir. “Son sutkada 138 yeni yoluxma, bir ölüm halı qeydə alınıb”, - mətndə qeyd olunub. Qurumun statistikasına əsasən, Çində 2020-ci il mayın 16-dan koronavirusdan ölüm halı olmamışdı. Ümumilikdə, ölkədə 87 844 nəfər koronavirusa yoluxub, 4 635 nəfər bu virusdan dünyasını dəyişib, 82 324 nəfər isə sağalıb. Ölkədə 885 aktiv koronavirus xəstəsi var ki, onlardan da 24-nün vəziyyəti ağır qiymətləndirilir.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB