ABŞ-da tarixi günlər yaşanır, qəribə hadisələr baş verir. 6 yanvarda 5 nəfərin öldüyü Konqresə qanlı basqından sonra bu gün bütün gözlər 20 yanvara - ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasiminə dikilib.
Dünən ABŞ Nümayəndələr Palatasının gündəmində "üsyan təşəbbüsü" ilə günahlandırılan prezident Donald Trampın vəzifədən alınması məsələsi dururdu. Trampın impiçment maddəsi səsvermədə qəbul edildi. Senatda, çoxluq qrupunun lideri respublikaçı senator Mitch McConnel isə Senatın iclasının 19 yanvardan əvvəl keçirilməsini qəbul etməyib.
Beləliklə, impiçment prosesi səsə qoyulmadan arxivə atılacaq. Əslində, Tramp vəzifəsində olarkən impiçment prosesinin başlanmasına mane olacaqdır.
Bununla belə, Trampın tərəfdarlarının (ABŞ-da onlara Trampın fanatları deyirlər) keçən həftə Konqresə basqın etməsindən sonra binada fövqəladə təhlükəsizlik tədbirləri alınıb. 20 yanvar tarixində indiki prezident Tramp mandatını yeni seçilmiş xələfi Co Baydenə təhvil vermə mərasimindən əvvəl Konqresin binası əsgərlər tərəfindən mühasirəyə alınıb. Daha doğrusu Konqresin binası artıq əsgər kazarmasına çevrilib. Konqresin dəhlizlərində əsgərlər gecə-gündüz keşik çəkir, hətta gecələr əsgərlərin çoxu yerdə yatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB