İsrail İran mövqelərini vurdu: 60 ölü

İsrail qırıcıları Suriyada İranın dəstəklədiyi silahlı qrupları hədəf alıb. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Deyr əz-Zor şəhərində İrana bağlı muzdluların və Əsəd rejimi əsgərlərinin olduğu hərbi qərargah, bundan başqa bəzi müşahidə məntəqələri hava zərbələri nəticəsində vurulub.

Hücum zamanı 49 İran muzdluları, 1-i polkovnik olmaqla 11 Əsəd ordusunun hərbçisi məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə