Rusiya ilə iş görən şirkətlərə XƏBƏRDARLIQ

ABŞ Dövlət Departamenti “Şimal axını-2” layihəsinə dəstəyə görə tətbiq edələn mövcud sanksiyalar paketinin genişləndirilməsi barədə Avropa şirkətlərinə xəbərdarlıq edib. Bu barədə məlumatı “Reuters”-ə qurumun rəsmisi verib.

"ABŞ bəzi şirkətləri mövcud risklər barədə məlumatlandırmağa çalışır. Nə qədər ki, gec deyil, bu şirkətlər sözügedən layihə ilə bağlı öz mövqeyini dəyişməlidir", deyə bildirilib.

Rusiya rəsmilərinin sözlərinə görə, layihə üzrə işlər artıq 93% tamamlanıb və yaxın gələcəkdə Avropa ölkələrinin dəstəyi ilə sona çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə