Daha bir ölkədə koronavirusun “Britaniya” ştammı tapılıb

Macarıstanda koronavirusun Böyük Britaniyadan qaynaqlanan yeni ştammı aşkarlanıb. SİA-nın xəbərinə görə, bunu Macarıstanın baş sanitar həkimi Sesiliya Müller deyib. "Mənim həmkarlarım artıq qonşu ölkələrdə qeydə alınan virusun "Britaniya" variantını 3 pasiyentin analizlərində müəyyənləşdiriblər", - S.Müller bildirib. Dekabrın 14-də Böyük Britaniya səhiyyə naziri Mett Henkok Britaniya alimlərinin mutasiyaya uğramış koronavirus növü qeydə aldıqlarını açıqlayıblar. Artıq bir çox ölkədə koronavirusun yeni ştammı aşkarlanıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə