ABŞ-da COVID-19-dan rekord ölüm

ABŞ-da koronavirusdan gündəlik ölüm sayı 4 mini keçərək rekord həddə - 4 327-yə çatıb. SİA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universitetinin açıqladığı statistikada qeyd olunub. Bundan əvvəl gündəlik ölüm hallarının sayı ilk dəfə 8 yanvarda 4 mini keçərək 4085-ə çatmışdı. Statistikaya görə, son 24 saat ərzində ştatlarda ümumilikdə 215 min 805 nəfər koronavirusa yoluxub. Qeyd edək ki, ABŞ-da pandemiyanın başlanğıcından etibarən 22,8 milyondan çox insan "COVID-19"a yoluxub, 380 mindən çox insan xəstəlik səbəbindən həyatını itirib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...