İran Xarici İşlər naziri ABŞ Dövlət katibinin ittihamlarını uydurma adlandırıb

İran Xarici İşlər naziri ABŞ Dövlət katibinin ittihamlarını uydurma adlandırıb

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Dövlət katibi Mayk Pompeonun Tehrana qarşı Əl-Qaidə terror qruplaşması ilə bağlı səsləndirdiyi ittihamları uydurma adlandırıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Cavad Zərif bu barədə “Twitter” hesabında yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo İranı Əl-Qaidənin yeni bazası olduğunu demişdi. O, əlavə etmişdi ki, Əl-Qaidənin hazırkı lideri Ayman əz-Zəvahiri hazırda İrandadır.

Bütün xəbərlər Facebook səhifəmizdə