Almaniyada koronavirusun Cənubi Afrikada mutasiya etmiş ştammı aşkar edilib
Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürttemberq federal əyalətində ilk dəfə olaraq koronavirusun Cənubi Afrikada mutasiya etmiş ştammı - "B.1.351" aşkar edilib.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Sosial Siyasət və Torpaq İnteqrasiya Nazirliyi məlumat yayıb.
Bildirilib ki, koronavirusun sözügedən növünə yoluxanlar ötən il dekabrın 13-də Cənubi Afrikadan ölkəyə gəliblər.
Ölkəyə daxil olan 3 ailənin bütün üzvləri karantinə alındıqdan 5 gün sonra onların hamısı testdən keçirilib, lakin cavablar mənfi olub.
Bir neçə gündən sonra ailə üzvlərindən 6 nəfərində yeni virusun yüngül simptomları qeydə alınıb.
Onlar təkrar təkrar müayinədən keçirildikdə Cənubi Afrikada ştammına yoluxduqları təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB