Slovakiyada koronavirusla əlaqədar fövqəladə vəziyyət 40 gün müddətinə uzadılıb
Slovakiyada epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi 40 gün müddətinə uzadılıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərarı Slovakiyanın Milli Şurası (parlament) təsdiqləyib.
Məlumata əsasən, ölkədə fövqəladə vəziyyət rejimi fevralın 10-u bitəcək.
Qeyd edək ki, əhalisinin sayı təxminən 5,5 milyon olan Slovakiyada 211 479 nəfər koronavirusa yoluxub, 3 102 nəfər koronavirusdan ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB