ABŞ-da insanlar silahlanır! FTB-dən xəbərdarlıq

ABŞ-da insanlar silahlanır! FTB-dən xəbərdarlıq

Mübahisəli seçkilər və onun nəticələrinin Senatda təsdiqlənməsi ilə xaosa sürüklənən ABŞ-da gərginlik artır. Kapitoli binasına basqında yaralananlar və 5 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra ölkənin Federal Təhlükəsizlik Bürosu (FTB) vətəndaşlara yeni bir xəbərdarlıq edib. Belə ki, FTB 20 yanvarda Prezident vəzifəsini icra edəcək Co Baydenin andiçmə mərasimindən əvvəl silahlı qarşıdurmaların ola biləcəyi barədə məlumat yayıb. FTB 50 ştatın paytaxtında "silahlı etiraz aksiyalarının" planlaşdırıldığı barədə məlumat aldıqlarını açıqlayıb.

Amerika Birləşmiş Ştatları hər keçən gün daha dərin xaosa sürükləndikcə Trampın ikinci impiçment prosesi və prezidentlik postunu təhvil vermək istəməməsi ölkədə narahatlıqları artırır. Son xəbərlərə görə, müasir ABŞ tarixində yaşanmayan hadisələrin olacağı - yəni, prezident seçkilərində uduzan tərəfin kreslosunu təhvil vermək istəməməsi və bunu silahlı toqquşmalarla həll etmək istəyi kimsənin ağlına gəlməzdi. Amma reallıq budur ki, Tramp prezidentlik postunu Baydenə qansız vermək niyyətində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə