Portuqaliya prezidenti koronavirusa yoluxub

Portuqaliya prezidenti koronavirusa yoluxub
Portuqaliya prezidenti Marselu Rebelu di Souza koronavirusa yoluxub. SİA xəbər verir ki, bu barədə dövlət baçsının saytında bildirilib. Məlumatda deyilir: ""Dünən respublika prezidentindən koronavirus üçün götürülən testin nəticəsi neqativ olub. Bu gün koronavirus antigenlərinin olması ilə bağlı testinin neqativ olmasına baxmayaraq, 21:40-da PCR testinin pozitiv nəticə verdiyi məlum oldu". Portuqaliya liderinin koronavirus infeksiyası əlamətlərinin olmadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə