Quttereş BMT-nin Baş Katibi vəzifəsinə ikinci dəfə namizədliyini irəli sürüb
Antonio Quttereş BMT Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubda BMT Baş Katibi vəzifəsinə ikinci dəfə namizədliyini irəli sürdüyünü bildirib.
SİA xəbər verir ki, BMT baş katibi bu barədə bildirib: "BMT Baş Katibi vəzifəsində ilk səlahiyyət müddətim bu ilin sonunda başa çatdığından, üzv dövlətlərin iradəsi olarsa, BMT Baş katibi vəzifəsində ikinci müddət çalışmağa hazır olduğumu bildirmək istəyirəm".
Qeyd edək ki, 71 yaşlı A.Quterreşin ilk beş illik səlahiyyət müddəti 2021-ci ilin sonunda başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB