Əfqanıstana endirilən hava zərbəsi nəticəsində 18 nəfər həlak olub
Əfqanıstanın Nimroz əyalətinə hava zərbəsi endirilib. SİA-nın xəbərinə görə, bu barədə əyalət şurasının rəhbəri Məhəmməd Nəsir "Tolonews" telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, hava zərbəsi nəticəsində azı 18 nəfər həlak olub. Əyalət rəsmisi qeyd edib ki, həlak olanlar dinc sakinlərdir. Onların 8-i uşaq, 7-si qadın, 3-ü kişidir. Telekanal daha əvvəl hava zərbəsi nəticəsində 12 mülki şəxsin həlak olduğunu xəbər verib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB