Dünyada koronavirusa yoluxanların sayı 90 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 90 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 90 005 787 nəfərə çatıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin son hesabatında bildirilib.

Ən çox COVID-19 hadisəsi ABŞ-da aşkar edilib - 22,2 milyondan çox.

Qeyd edilib ki, pandemiya dövründə dünyada 1.93 milyondan çox insan ölüb, təxminən, 50 milyon nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə