Türkiyənin Ankara Vilayətində 4,5 bal gücündə zəlzələ baş verib

Türkiyənin Ankara Vilayətində 4,5 bal gücündə zəlzələ baş verib

Yanvarın 10-da yerli vaxtla saat 22.53-də Türkiyənin Ankara Vilayətində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Ankaranın ətraf bölgələrində də güclü hiss olunub. Əhali yeraltı təkanı təşvişlə qarşılayıb. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə