Qırğızıstanda referendum baş tutdu MSK

Qırğızıstanda referendum baş tutdu MSK

Qırğızıstanda keçirilən refendumda seçici aktivliyi saat 18:00 üçün (Bakı vaxtı ilə saat 16:00) 33,08 faiz təşkil edib. SİA-nın məlumatına görə, bunu Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurjan Şayldabekova mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, referendumda 1 178 656 vətəndaş səs verib.

Beləliklə, Qırğızıstanda keçirilən referendumu baş tutmuş saymaq olar. Qanuna əsasən, seçicilərin 30 faizindən çoxu səs verdiyi halda referendum baş tutmuş sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə