Qazaxıstanda parlament seçkilərində bu saata olan seçici aktivliyi
Qazaxıstanda keçirilən parlament seçkilərində yerli vaxtla saat 14:00 üçün (Bakı vaxtilə saat 12:00) seçici aktivliyi 43,9 faiz təşkil edib. SİA-nın məlumatına görə, bu barədə brifinq zamanı Mərkəzi Seçki Komissiyasının üzvü Yerlan Daulbayev deyib.
Y.Daulbayev bildirib: "Saat 14:00 üçün siyahıya daxil edilən seçicilərdən 43,9 faizi səs verib".
Qeyd edək ki, bu gün Qazaxıstanda parlamentin aşağı palatasına seçkilər keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB