Gürcüstanda daha 1 143 nəfər koronavirusa yoluxub, 23 pasiyent ölüb

Gürcüstanda daha 1 143 nəfər koronavirusa yoluxub,  23 pasiyent ölüb

Gürcüstanda son sutkada koronavirusa 1 143 yeni yoluxma faktı qeydə alınıb, 617 nəfər müalicə olunaraq sağalıb, 23 pasiyent isə vəfat edib. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 239 229 nəfər yoluxub. Onların 225 335-i sağalıb, 2 773-ü isə dünyasını dəyişib.

Karantin rejimində 452, stasionar nəzarətdə 3 894 nəfər var. Xəstəliyi yüngül formada keçirən 746 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə