ABŞ-ın hazırkı vitse-prezidenti Mayk Pens Co Baydenin andiçmə mərasimində iştirak edəcək
ABŞ-ın vitse-prezidenti Mayk Pens yanvarın 20-də yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak edəcək.
SİA xəbər verir ki, bu barədə "NBC" telekanalı vitse-prezidentin qərarı ilə tanış olan bir mənbəyə istinadən məlumat yayıb.
Buna qədər Bayden özü də ABŞ-ın vitse-prezidenti Pensi andiçmə mərasiminə dəvət etmişdi. Eyni zamanda, Biden jurnalistlərə müsahibəsində, hazırkı prezident Donald Trampın andiçmə mərasimində iştirak etməməklə bağlı qərarının "yaxşı" olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB