İndoneziyada qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb

İndoneziyada qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb
İndoneziya Hərbi-Hava Qüvvələri qəzaya uğramış "Boeing 737" tipli sərnişin təyyarəsinin qalıqlarının tapıldığı yerdə axtarış-xilasetmə işlərinə kömək etmək üçün iki helikopter və bir təyyarə ayırıb. SİA xəbər verir ki, bu barədə "Antara" agentliyi HHQ-nin nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilir ki, belə bir göstəriş ölkənin milli müdafiə qüvvələrinin rəhbəri tərəfindən verilib. Məlumata görə, əməliyyatın icrasında zəif görünmə dairəsi ilə əlaqədar çətinlik yaşanır: "Əməkdaşlarımız hadisə yerindədirlər, təyyarənin bir neçə qalıqları tapılıb". Çətinliklərə baxmayaraq, axtarış işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə