Türkiyədə terrorçularla atışmada bir hərbçi şəhid olub, ikisi yaralanıb
Türkiyənin Diyarbəkir vilayətinin Liçə rayon ərazisində terrorçularla hərbçilər arasında atışma baş verib.
SİA xəbər verir ki, nəticədə üç hərbçi yaralanıb. Xəstəxanaya çatdırılan yaralı hərbçilərdən biri şəhid olub. Digər iki yaralının müalicəsi davam edir.
Daxili İşlər Nazirliyi antiterror əməliyyatını gücləndirmək üçün bölgəyə əlavə qüvvə göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB