“Boeing” şirkəti avialaynerinin qəzası ilə əlaqədar lazımi köməyi göstərməyə hazırdır

“Boeing” şirkəti avialaynerinin qəzası ilə əlaqədar lazımi köməyi göstərməyə hazırdır

“Boeing” şirkəti Cakarta yaxınlığında “Boeing 737-500” avialaynerinin qəzaya uğraması ilə əlaqədar İndoneziya aviaşirkəti ilə bağlantıdadır və lazımi köməyi göstərməyə hazırdır.

SİA xəbər verir ki, bunu şirkətin nümayəndəsi Cessika Koval “RİA Novosti”yə bildirib.

“Cakartadan olan media vasitələrinin yaydığı “Sriwijaya Air SJ-182” reysi ilə bağlı məlumatlardan xəbərdarıq. Qəlbimiz ekipaj üzvləri, sərnişinlər və onların ailələrinin yanındadır. Müştəri aviaşirkətlə əlaqə qururuq və bu çətin vaxtda onları dəstəkləməyə hazırıq”, - şirkət rəsmisi belə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə