“Ermənistan prezidenti Armen Sarkisyan COVID-19-u ağır keçirir". SİA-nın xəbərinə görə, bunu dövlət başçısının Mətbuat Xidməti açıqlayıb. Qeyd olunub ki, A.Sarkisyan vəziyyəti stabilləşəndən sonra həkimlərin icazəsi ilə öz vəzifəsini icra etmək üçün Yerevana qayıdacaq. Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb. Cütlük hazırda Böyük Britaniyanın paytaxtı Londonda xəstəxanadadırlar. A.Sarkisyan Londona ayağından əməliyyat olunmaq üçün getmişdi.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB