Şimali Koreya lideri ölkəsinin xarici əlaqələrini genişləndirmək istəyir

Şimali Koreya lideri ölkəsinin xarici əlaqələrini genişləndirmək istəyir

“Bizə xarici əlaqələrimizi genişləndirib, inkişaf etdirmək lazımdır”. SİA-nın xəbərinə görə, bunu Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen In Əmək Partiyasının qurultayındakı məruzəsində bildirib. O, Şimali Koreyanın başqa dövlətlərlə münasibətlərinin yaxşılaşdırılmasının vacibliyini də vurğulayıb. Kim Çen In bunu yaranmış şəraitlə əlaqələndirib və yeni dövrün tələb etdiyini söyləyib. Şimali Koreyanın lideri münasibətləri və əlaqələri yaxşılaşdırmaq istədikləri dövlətlərin adlarını açıqlamayıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə