Çində zavod partladı - Ölən və yaralananlar var

Çində zavod partladı - Ölən və yaralananlar var

Çinin cənubundakı Ninsyan şəhərində işlənmiş akkumulyatorların təkrar emalı zavodunda partlayış baş verib.

SİA-nın məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 20 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 6 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə