Gürcüstanda daha 537 nəfərdə koronavirus aşkarlanıb, 34 pasiyent ölüb
Gürcüstanda son sutkada koronavirusa 537 yeni yoluxma halı təsdiqlənib, 494 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Qonşu ölkədə indiyədək COVID-19-a 236 028 nəfərin yoluxduğu müəyyən edilib. Onların 224 189-u sağalıb, 2 728-i isə dünyasını dəyişib. Hazırda karantin zonalarında 508, stasionar nəzarətdə 3 867 nəfər var. Xəstəliyi yüngül formada keçirən 762 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB