Braziliyada COVID-19-dan ölənlərin sayı 200 mini keçdi

Braziliyada COVID-19-dan ölənlərin sayı 200 mini keçdi

Braziliyada yeni növ koronavirus infeksiyasından ölənlərin sayı durmadan artır. SİA-nın xəbərinə görə, ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, təkcə son bir gün ərzində 1 524 nəfər infeksiyanın yaratdığı xəstəlikdən ölüb. Bununla da pandemiyadan dünyasını dəyişənlərin sayı 200 498 nəfərə çatıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 961 673 nəfərə çatıb, son 24 saat ərzində 87 843 şəxsin COVID-19 testi müsbət olub. Müalicə alan 7 096 931 pasiyent sağalıb, aktiv xəstə sayı isə 664 244 nəfərdir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə