Son sutkada 31 min nəfər koronavirusa yoluxub, 1 188 nəfər ölüb Almaniyada
Almaniyada ötən gün 31 849 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb. Məlumata görə, son sutkada Almaniyada 1 188 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, Qərbi Avropa ölkəsində indiyədək 1 866 887 nəfərdə koronavirus qeydə alınıb. Onlardan 38 795 nəfər dünyasını dəyişib. Ümumi sağalanların sayı isə 1,4 milyondan çoxdur.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB