Almaniyada son sutkada 31 min nəfər koronavirusa yoluxub

Almaniyada son sutkada 31 min nəfər koronavirusa yoluxub

Almaniyada ötən gün 31 849 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, son sutkada Almaniyada 1 188 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, Qərbi Avropa ölkəsində indiyədək 1 866 887 nəfərdə koronavirus qeydə alınıb. Onlardan 38 795 nəfər dünyasını dəyişib. Ümumi sağalanların sayı isə 1,4 milyondan çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə