Tunisin xüsusi xidmət orqanları "Əl-Qaidə"nin başçılarından birini saxlayıblar

Tunisin xüsusi xidmət orqanları "Əl-Qaidə"nin başçılarından birini saxlayıblar

Tunisin xüsusi xidmət orqanları "Əl-Qaidə" terror qruplaşmasının başçılarından birini saxlayıblar.

SİA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Terrorizmlə mübarizə və terror hücumlarının qarşısının alınması üzrə ümummilli səylərin bir hissəsi olaraq... Tunisdəki "Əl-Qaidə" qruplaşmasının liderlərindən biri olan təhlükəli bir terrorçu saxlanılıb".

Qeyd edilir ki, saxlanılan şəxs qaynar nöqtələrdən birində aparıcı rol oynayırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə