ÜST: Dünyada koronavirusa yoluxanların ümumi sayı 86 milyon nəfərə çatır
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 735 mindən çox artıb.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 735 944 nəfər yeni koronavirusa yoluxub, 13 968 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 85 929 428, ölənlərin isə 1 876 100 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB