Co Bayden rəsmən ABŞ Prezidentidir Senat təsdiqlədi

Co Bayden rəsmən ABŞ Prezidentidir  Senat təsdiqlədi

ABŞ Senatı Co Baydeni ölkənin yeni Prezidenti kimi təsdiqləyib. SİA xəbər verir ki, 3 noyabr seçkilərinin qalibi olan Co Bayden bir neçə dəqiqə öncə rəsmi şəkildə ABŞ Prezidenti elan olunub.

Xatırladaq ki, dünən Tramp tərəfdarları Konqresə hücum edərək Co Baydenin qələbəsinin Senat tərəfindən təsdiqlənməsinə mane olmağa çalışıb. Hadisələr nəticəsində 4 nəfər ölüb, 52 nəfər həbs edilib və ölkədə 15 günlük fövqəladə vəziyyət elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə